Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 10:00:00
AzEdu-nun əməkdaşı zəlzələ bölgəsinə gedib

Azərbaycan Könüllü Təşkilatlar İttifaqı və ASAN könüllüləri Türkiyəyə yardım kampaniyasına qoşulub.


Zəlzələ bölgəsinə gedənlər arasında AzEdu.az Təhsil Portalının nəzdində fəaliyyət göstərən Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova da var.

 

Azərbaycandan zəlzələ bölgəsinə ezam olunan psixoloqlardan ibarət nümayəndə heyətinə daxil olan Səbinə Cəbrayılova saytımıza bildirib ki, zəlzələdən psixoloji sarsıntı keçirmiş qardaşlarımıza dəstək olmağı özünün borcu hesab edir:

 

“Belə gündə çalışdığı sahədən asılı olmayaraq hər kəs qardaşlarımızın yanında olmalıdır. Hər kəs bacardığı qədər qardaşlarımıza dəstək olmalıdır. Əgər mənim də zərrəcə dəstəyim olacaqsa, bunu borcum kimi qəbul edirəm”.