Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 13:33:00
Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı – RƏSMİ 

Türkiyənin zəlzələ bölgəsindəki azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, təxliyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 3 419 nəfər həlak olub, 20 534  nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.