Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-29 15:56:00
Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb

Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb.

 

AzEdu.az "Report"-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Hadisə Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda qeydə alınıb.

 

Daha 8 nəfər itkin düşüb. Polis dalğıclar tərəfindən xilas edilən 6 uşağın vəziyyətinin ağır olduğunu bildirib.

 

Axtarış-xilasetmə işləri davam edir.