Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 13:18:00
44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirilib-DİM

23 yanvar 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan müharibədə iştirak etmiş bir qrup qazi ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, təhsilini ali təhsil müəssisələrində davam etdirmək istəyən bir qrup qazi DİM və YAŞAT fondunun əməkdaşlığı çərçivəsində ödənişsiz əsaslarla hazırlıq kursuna cəlb ediliblər.

 

Görüş zamanı əməkdaşlıq çərçivəsində qazilərin otk.az portalında keçirilən buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ödənişsiz onlayn sınaq imtahanlarının nəticələri, gələcək təhsil və karyera istiqamətində müzakirələr aparılıb.

 

Qeyd edək ki, hazırlıq kursuna cəlb olunan qazilər 12 fevral 2023-cü il tarixində keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə sınaq imtahanında ödənişsiz şəkildə iştirak edəcəklər.