Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 13:52:00
Tibb təhsilini dayandıraraq, yüksək balla BANM-a daxil olan tələbə - “Dərslərə girmədim, imtahana da getmədim”  

“Semestrın sonlarında  dərslərə  girmədim, sessiya imtahanlarında isə iştirak etmədim”.

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində keçirilən “Bilik günü”  tədbirində  681 balla Tibb  Universitetinin Müalicə işi ixtisasına qəbul olunsa da, sonradan  təhsildən imtina edərək, 675 balla BANM-a daxil olan Vüsal Həsrətli deyib. O, Tibb Universitetində 3 semestr təhsil alıb:

“Həyatda ən böyük hədəfim peşəkar kimya mühəndisi olmaq olub. Ancaq valideynlərimin istəyi ilə Azərbaycan Dövlət Tibb Universitetinə   daxil oldum. Burada bir müddət  oxuduqdan  sonra bir neçə dəfə təhsilimi yarımçıq qoyub, mühəndislik ixtisasına qəbul olunmaq istədim. Yenə də ailə, böyüklərim məni fikrimdən daşındırmağa çalışdı. Lakin semestrın sonlarına yaxın dərslərə girməməyə başladım, sonda sessiya imtahanlarına da qatılmadım. 2018-ci ilin fevralında Tibb Universitetindən xaric olundum.  Bu ilin mayında keçirilən qəbul imtahanlarında isə 680 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına daxil oldum. Seçimindən çox razıyam”.

Qeyd edək ki, Vüsal Həsrətli Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunudur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları