Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 12:59:00
Abituriyentlər bunu etsələr imtahanda uğur qazanacaqlar-Psixoloqdan tövsiyələr

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov AzEdu.az-a açıqlamasında qəbul və buraxılış imtahanı ilə bağlı verilən qərarların yarada biləcəyi  psixoloji təsirindən danışıb.

 

Qəbul və buraxılış imtahanı ilə bağlı verilən qərarlar, ümumən bir neçə aydır yaşanan  situasiya abituriyentlərin psixologiyasına necə təsir göstərəcək?

 

 Əslində qərar qəfil olmadı. Mövcud vəziyyəti nəzərə alaraq verilən ən doğru qərar kimi dəyərləndirilə bilər. Nəcərə almaq lazımdır ki, mart ayından etibarən ümumtəhsil müəssisələrdə dərslər dayanıb. Bu səbəbdən də dövlət və özəl ümumtəhsil müəssisələrdə dərslər müxtəlif platformalar üzərindən online şəkildə keçirilir. Artıq tələbə və şagirdlərin böyük bir qismi bu rejimə adaptasiya olunublar. Xüsusən abituriyentlər bunların içərisində həssas qrup kimi dəyərləndirilə bilər. Qanunvericilik baxımından bunun həyata keçirilmə üsullarını Təhsil Nazirliyi və Dövlət İmtahan Komissiyası elan edib. Yəni keçilməyən dərslərdən qəbul imtahanında suallar düşməyəcək. Hansı dərsləri keçiblərsə o dərslərdən suallar olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ali məktəbə hazırlaşan abituriyentlərin böyük bir qismi repetitur, yaxud hazırlıq kurslarında hazırlaşırlar. Onların böyük bir qismi isə mart ayına qədər tədris proqramını bitirirlər. Martdan sonra onlarda keçirilən fənlərin təkrarı həyata keçirilir. Bu məsələnin bir tərəfi. Məsələnin  digər tərəfi psixoloji məqamla bağlı olan tərəf bəli, bu problem mövcuddu. Düşünürəm ki, bununla bağlı müəyyən tədbirlərin görülməsi yaxşı olardı. Nəzərə almaq lazımdır ki, 30 aprel 2020-ci il tarixdə Nazirlər Kabineti tərəfindən “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”təsdiq olundu. Həmin qaydalardan çıxış edərək, Təhsil Nazirliyi tərəfindən hazırlanan online dərslərlə bağlı platformalar üzərindən şagirdlərə, xüsusən də abituriyentlərə psixoloji xidməti göstərmək olar. Bunun üçün məktəb və digər psixoloqların potensialından istifadə edilə bilər. Təhsil Nazirliyi tərəfindən yaradılan Virtual məktəb və digər platformalar bu xidməti həyata keçirməyə imkan verir. Yaxşı olardı ki, bununla bağlı tədbirlər həyata keçirilsin, abituriyentlərə müxtəlif psixoloji problemlərlə bağlı treninqlər, video çəkilişlər, lazım olarsa online seanslar, metodik göstərişlər verilsin. Bu xidməti paralel olaraq abituriyentərin valideynləri üçündə təşkil etmək olar. Çünki, bir qism abituriyentlərin narahatlığı ailədən qaynaqlanır.

 

Abituriyentlərdə müşahidə edilən əsas narahatlıqlar yuxu və qidalanma rejiminin pozulması, diqqət dağınıqlığı, motivasiyanın aşağı olması, özgüvən əksikliyi, zamanın doğru edilməməsi və s. bu istiqamətlər olur. Düzdü, bir qism abituriyentlər fərdi şəkildə psixoloq dəstəyi alırlar. Ancaq yaxşı olardı ki, bu dəstək böyük bir qism abituriyentlər üçün əlçatan olsun. Bunun üçün həm kadr potensialı, həm də maddi texniki baza var. Qalır həyata keçirmək. İnanıram ki, Təhsil Nazirliyi bununla bağlı yaxın zamanlarda qabaqlayıcı tədbirləri həyata keçirəcək.

 

 Bundan  çıxış yolu kimi hansı tövsiyyələri verərdiniz?

 

Nəzərə almaq lazımdır ki, abituriyentlərin böyük bir qismi yeniyetmədir. Yeniyetmə psixologiyası abituriyentlərin hazırlıq prosesinə öz təsirini göstərir. Bu məqamı həm pedaqoqlar, həm abituriyentlər, həmdə onların valideynləri mütləq nəzərə almalıdırlar. Əsas diqqət ediləcək məqamlar birinci növbədə abituriyentlərin yuxu rejimimidir. Normal yuxu onlara öyrəndikləri fənni daha yaxşı mənimsəməyə kömək edəcək. İkinci abituriyentlər özlərinin faydalı iş zamanlarını müəyyənləşdirməlidirlər. Günün hansı zamnında dərsi daha yaxşı mənimsəyirlərsə, o vaxtda köklənsinlər. Dərsi oxuyan zaman qısa fasilələr etsinlər. 45-50 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə verilməsi məqsədəuyğun olardı. Hansı fənni mənimsəməkdə çətinlik çəkirlərsə çalışsınlar o fənni daha tez öyrənsinlər, verilən tapşırıqları vaxtında yerinə yetirsinlər. Bu onların əhvalının yüksək səviyyədə qalmasına rəvac verəcək. Abituriyentlərdə illərlə çalışdığımız üçün görürük ki, qruplar üzrə hazırlaşan abituriyentlərin əksər hissənin həmin qrupda olan fənnlərdən birində dərsi mənimsəməklə bağlı problem olur. Bu da onlarda həmin fənni oxuyan, onunla bağlı çalışmalar edən zaman gərginlik yaradır. Ona görə də bu məqamı diqqətdə saxlasınlar. Eyni zamanda mövcud olan digər problem abituriyentlərin motivasiyasıdır. Xüsusən böyük qism abituriyentlərdə imtahan yaxınlaşdıqca əsəbilik, motivasiyanın olmaması, oxumaq istətək kimi hallar müşahidə olunur. Ona görə də motivasiyanı yüksək səviyyədə saxlamaq üçün abituriyent asudə vaxtında motivasiya edici film, musiqilərdən istifadə edə bilər, ailə, dostları ilə konkret vaxt çərçivəsində zaman keçirə bilər.

 

Valideynlərə isə tövsiyəmiz övladı olan abituriyentlərlə zaman keçirmək, onlara sevgi, çəfqət göstərmək, ailə qayğıları ilə, ailədaxili konfliktlərlə yükləməmək maksimal dərəcədə “get dərs oxu” sözündən az istifadə etmək. bəzən valideynlər bu sözdən mexaniki olaraq istifadə edirlər. hətta abituriyent dərs oxuyanda belə bəzən görürük ki, valideyn ona özündən asılı olmayaraq “get dərsini oxu!” deyir. Əlbəttə əgər abituriyent oxumursa valideyn onunla danışmalı, oxumağa motivasiya etməlidi. Yaxşı olardı ki, belə halda valideynlər yeniyetmə psixologiyasından çıxış edərək övladları ilə söhbət etsinlər. Bəzən valideynlər bu məqamı diqqətdən kənara buraxırlar ki, bu da valideyn-övlad münasibətinə mənfi təsir göstərir. Dolayısı ilə abituriyentlərin dərsi mənimsəməsində problemlər yaradır.Bütün abitiruyentlərə və onların ailələrinə uğurlar arzulayıram.