Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-15 10:45:00
Naxçıvanda 3 tələbə qız qazdan zəhərləndi

Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər.

 

İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.