Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-15 13:10:00
Yeni Zelandiyada uşaqlara bu adların qoyulması QADAĞAN EDİLDİ

Zelandiyalılara övladlarına "Kral", "Müqəddəs" və "Məsih" adlarını qoymaq qadağan edilib.

 

AzEdu.az  xəbər verir ki, Yeni Zelandiyanın Daxili İşlər Nazirliyi 2022-ci ildə səlahiyyətlilər tərəfindən rədd edilən körpə adlarının siyahısını açıqlayıb.

 

Bu siyahıya "Kral" , "Müqəddəs" və "Məsih" adları daxildir. Yeni Zelandiyanın Doğum, ölüm və evlilik qeydiyyatının rəisi Jeff Montgomery, bir tvitində adların "sahibini incitməməsini, ağlabatan uzunluqda olmasını və rəsmi titul və ya rütbəni təmsil etməməsini" təmin etmək üçün qaydalar olduğunu söyləyib.

 

Açıqlanan siyahıya əsasən, 2022-ci ildə ən çox rədd edilən ad "Kral" olub – valideynlər körpələrinə doqquz dəfə bu adı qoymağa cəhd ediblər. 2009-cu ildən bəri bu adın Yeni Zelandiyada uşaqlara verilməsinə çox vaxt icazə verilmir. 2022-ci ildə rədd edilən digər adlar "Müqəddəs" (8 dəfə), "Monarx" (7 dəfə), "Məsih" (4 dəfə), "Şah" və "Şahzadə" (hər biri 7 dəfə) olub.