Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 14:34:24
"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

“Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq” adlı yeni xəstəliyin yaranması barədə həyəcan təbili çalırlar. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır”.

Bu barədə təhsil eksperti Etibar Əliyev AzEdu.az-a açıqlamasında bildirib. O, valideynlər üçün mühüm məlumatları verib:

“Burada əsas risk qrupuna daxil olanlar yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından ifrat dərəcədə istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə inkişafdan qalır. Bu da müxtəlif növlü "kəmağıllıq" əmələ gətirir. Populyar psixologiyadan bilirik ki, beyinin sağ yarımkürəsi əsasən yaradıcılığa, emosiyaya cavabdehlik daşıyır. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verib”.