Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-25 20:18:00
"5 yaşlı kulturoloqlar" -Paytaxt məktəbində maraqlı layihə-FOTO

 

Sabunçu rayonu 187 saylı tam orta məktəbin məktəbəqədər hazırlıq qruplarından təhsil alan 5 yaşlı gələcək şagirdləri  üçün vacib layihə həyata keçirilib.

 

Layihənin rəhbəri 187 nömrəli məktəbin müəllimi Süsən Qulamovadır.

 

Qeyd edək ki, noyabr ayında start götürən layihə  martda bitəcək.

 

Layihənin əsas məqsədi 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qruplarının şagirdləri arasından "məktəblilərin davranış və dəyərlər üzrə kulturoloqu"nun yetişdirilməsi və məktəblilərin şəxsiyyətyönümlü hazırlığı prosesinə dəstək verməsi məqsədilə prosesin nəzarətdə saxlanılmasıdır.

 

Layihənin rəhbəri Süsən Qulamova AzEdu.az-a açıqlamasında bunları bildirib:

 

“Layihənin psixoloqu Arzu Əliyeva şagirdlərin ailədaxili münasibətlərini və ailədə uşağın rolunu müəyyənləşdirmək üçün onlara "Mənim ailəm"rəsmi çəkdirdi və onlarla ailədaxili davranışlar haqqında danışdı.Daha sonra layihənin təlimçisi Sərfinaz Hüseynova uşaqlara həyatımızın rənglərdən ibarət olduğu,rənglərin həyatımızda rolu haqqında danışdı.Usaqlar sevdikləri rəngi seçərək üzərinə gələcəkdə seçəcəkləri peşə,sənətin rəsmini çəkib ağacın üzərinə yapışdırdılar”.

 

 

Layihənin açılışı -Bakı şəhəri C.Cabbarli adına 187sayli tam orta məktəbdə baş tutub. Açılışda  layihənin məsul şəxsləri,məktəbin rəhbərliyi,müəllimlər iştirak ediblər.  Hal hazırda layihə məktəbin 5 yaşlı qrupları arasında uğurla həyata keçirilir”.