Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-17 15:16:00
Şagirdlər bloq yaratmağı belə öyrəndilər-Yekun təqdimat-FOTO

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin“ Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrand  Müsabiqəsində fərdi kateqoriya üzrə qalib  gələn, Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin müəllimi Sara Selcanın(Şirinovanın)”Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma üzrə müsabiqələrin keçirilməsi”  layihəsinin bağlanış mərasimi keçirilib.

 

16 dekabr Hacıqabul şəhər” Folklor klubu”nda təşkil olunan tədbirdə Hacıqabul rayon icra Hakimiyyətinin” İctimai-Siyasi, Humanitar “şöbəsinin böyük məsləhətçisi Natiq Mustafayev,Hacıqabul rayon İcra hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili”şöbəsinin böyük məsləhətçisi Azər Şirinov, layihənin təlimçisi  Həbib Əlizadə ,hacıqabullu yazarlar, Mədəni İrs qəzetinin təsisçisi Mübariz Xəlilov,qəzetin baş redaktoru Məhəmməd Hüseynoğlu, Hacıqabul məktəblərindən dil-ədəbiyyat müəllimlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sara Selcan(Şirinova)3 ay ərzində yaradıcı şagirdlərlə təşkil olunan görüşlərdən,onların yaradıcılığının düzgün istiqamətlənməsi və mütaliə vərdişlərinin artırılmasından,vətənpərvərlik mövzusunda yazılan əsərlərin birgə oxusu və müzakirəsindən,layihə nəticəsində əldə olunan nailiyyətlərdən danışmış,çox istedadlı şagirdləri kəşf edib üzə çıxardığını bildirmişdir.

 

Daha sonra çıxış edən tədbirdə Hacıqabul rayon icra Hakimiyyətinin” İctimai-Siyasi,Humanitar “şöbəsinin böyük məsləhətçisi Natiq Mustafayev yaradıcı şagirdlərə asudə vaxtlarını səmərəli keçirmək və öz qələm təcrübələrini artırmaq baxımından bu layihənin əhəmiyyətini vurğulamışdır.

 

Təlimçi Həbib Əlizadə virtual dünyanın imkanlarının olduqca böyük olduğunu və şagirdlərin təlimlər nəticəsndə internet resurslarından və veb-2 alətlərindən istifadə edərək öz bloqlarını yaratmalarını və bloqlarında vətənpərvərlik mövzusunda yazdıqları bədii yaradıcılıq nümunələri yerləşdirmələrini qeyd etmişdir.

 

Şair Əmrah Şirvanlı da çıxış edərək bu layihənin Hacıqabul təhsilinə və yeniyetmə şagirdlərin bədii zövqünün formalaşmasına böyük töhfə olduğunu bildirərək, onların bu layihə bitdikdən sonra da bu istiqamətdə səmərəli  çalışmalarını tövsiyə etmişdir.

Sonda şagirdlər özləri yaratdıqları bloqlarını  təqdim etmiş və şeirlərini oxumuşlar.