Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-19 14:37:00
Mübariz İbrahimovun adını daşıyan lisey şagird qəbuluna start verir

 

 

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi 2022/2023-cü tədris ili üçün şagird qəbuluna start verir.

 

Qeyd edək ki, yanvar ayının 19-dan 31-ə kimi I-IV sinif şagirdləri Kompleksin İbtidai Təhsil bölməsində müsahibə yolu ilə imtahan verəcək.

 

V-X sinif şagirdləri isə yanvar ayının 19-u Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri , 23-ü isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına müvafiq blok fənləri üzrə imtahanda iştirak edəcəklər. V-X siniflər üzrə imtahan Kompleksin inzibati binasında 09:00-da baş tutacaq.

 

Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Nəzərinizə çatdıraq ki, qeydiyyat yanvar ayının 15-də sonlandırılacaq.

 

https://forms.office.com/r/15sSdbe7ww