Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 10:00:00
700 bal toplayan tələbə: “Teatra maraq yaratmaq üçün təbliğat aparmaq lazımdır”

“Gənclər arasında teatra maraq yaratmaq üçün təbliğat aparmaq lazımdır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olan Elvin Kərimli deyib. Onun sözlərinə görə, gənclərin hazırki dövrdə teatra marağı o qədər də yaxşı deyil:

“Müasir dövrdə teatra maraq yaratmaq vacib faktorlardan biridir. Teatr insanların mədəni səviyyəsini və dünyagörüşünü çox artırır. Gənclər arasında teatra maraq yaratmaq üçün təbliğat aparmaq lazımdır. Onlara teatrdakı tamaşalar haqqında daim məlumat verilməlidir. Məsələn, məktəblərdə şagirdlər, universitetlərdə tələbələr stendlərdəki afişalar haqqında bilgiləndirilməlidirlər. Fikrimcə, bu kimi tədbirlər gənclərin teatra olan marağını daha da artırar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları