Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 15:42:00
I sinfə qəbul olanlarla XI sinfi bitirənlərin say fərqi çoxdur

“Təhsildən yayınma halları tək qızlara yox, oğlanlara da aiddir”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

 

O bildirib ki, Elm və Təhsil Nazirliyindən statistikanı götürərək təqdim edirlər:

 

“Birinci sinfə qəbul olan uşaqların sayı ilə XI sinfi bitirən uşaqların arasında fərq çoxdur. Bunu aidiyyəti qurum araşdırmalıdır. Ümumiyyətlə, bu hesabat Milli Məclisdə təqdim olunandan sonra hər qurum özünə aid problemi araşdırmalıdır”.

 

Apa.az