Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 15:27:00
Bakı məktəbində qeyri-adi və tam fərqli layihə - FOTOLAR

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəssində qalib olmuş  layihəmizin açılışı olub

 

10.10.2022-ci il tarixdə Azərbaycan Elm və Təhsil Nazirliyinin elan etdiyi VI qrant müsabiqəsində qalib olan  "Sensor İnteqrasiya"(Duyğu bütünləmə) adlı layihəmizin açılış mərasimi olub. Açılışa layihə rəhbəri və məktəbin direktoru Mehriban Hacıyeva, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, məktəbin psixoloqu Sevinc Abdullayeva, məktəbin ibtidai sinif müəllimi, eyni zamanda disleksiya üzrə təlimçi Təranə Möhsünova, duyu bütünləmə mütəxəsisi, layihənin təlimçisi Toğrul Eyyublu və övladları layihədə iştirak edəcək valideynlər dəvət edilib.

Tədbiri açılış sözü ilə açan Mehriban Hacıyeva öncə təhsilə göstərdiyi qayğı üçün nazir Emin Əmrullayevə pedaqoji kollektiv və valideynlər adından təşəkkür edib,  daha sonra qalib gələrək qrant qazanmış və məktəbdə  mart ayınadək icra ediləcək layihənin məqsədi, mahiyyəti barədə auditoriyaya geniş məlumat verib.

 

O valideynləri bu fürsətdən yararlanmağa, müəllimləri isə duyğu və motor çətinlikləri olan, eləcə də autizm əlamətləri, disleksiya, öyrənmə çətinlikləri, diqqət dağınıqlığı, nitq qüsurları olan şagirdlərin valideynləri arasında düzgün maarifləndirmə işi aparmaqla uşaqların terapiyalara cəlb edilməsinə şərait yaratmağa səsləyib.

 

Daha sonra duyğu bütünləmə üzrə peşəkar təlimçi Toğrul Əlibəyli layihənin icra mexanizmi, icra  müddəti və görüləcək işlər barədə danışıb. Təranə Möhsünova və Sevinc Abdullayeva layihənin məhsuldarlığı və davamlılığının sonrakı illərdə necə təmin olunacağı barədə  valideynlərə və müəllimlərə məlumat verib. Direktor müavinləri də öz çıxışlarında bu layihənin məktəbə böyük uğur qazandıracağına və şagirdlərinizə akademik nailiyyət nəsib edəcəyinə inandıqlarını  vurğulayıblar.