Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-11 18:00:00
Misirdə təhsil müəssislərinin yaxınlığında qəlyan çəkmək  QADAĞAN EDİLDİ

Misirdə qəlyan bundan sonra yalnız məscid, kilsə və təhsil ocaqlarından ən azı bir kilometr aralıda yerləşən kafe və ya xüsusi təyin olunmüş obyeklərdə çəkilə bilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə hökumətin təsdiq etdiyi qərar artıq dekabrın 11-dən qüvvəyə minib. 

 

Bundan başqa müştəriyə qəlyan təklif edən kafe və restoranlarda binaların havalandırılması, havanın təmizlənməsi üçün xüsusi tələblər tətbiq ediləcək.

 

Əlavə olaraq ərzaq mağazalarında və insanların çox olduğu qapalı yerlərdə qəlyan çəkmək də qanunla qadağan ediləcək.

 

Mənbə: TASS