Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-09 10:08:00
“Buraxılış imtahanlarının fevralda keçirilməsi absurddur”- ETİRAZ

 

“İmtahanın keçirilmə müddətinin bu qədər uzadılması abituriyentlərə  narahatçılıq törədə bilər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  təhsil eksperti Səbuhi Abdullayev deyib:

 

"Fevralda  buraxılış imtahanının olması absurddur. Çünki qeydiyyat  prosesi ilə bərabər imtahanı  çatdırmaq qeyri-mümkündür. Həmin vaxtda buraxılış imtahanının keçirilməsi tələbələr üçün  psixoloji problemlərə yol aça bilər. Həmçinin, tədris proqramı ilə bağlı kifayət qədər narazılıqlar doğurar. Bu isə  təhsil standartlarına uyğun deyil.  İmtahanın keçirilmə müddətinin bu qədər uzadılması abituriyentlərə  narahatçılıq törədə bilər"

 

Ekspertin fikrincə, imtahan qrafiklərinin aydın şəkildə  göstərilməlidir:

 

"İmtahana qeydiyyat prosesinin bir qədər əvvəl olması və   imtahanın sonrakı müddətdə təşkil edilməsi  bəzi abituriyentlərin  vaxtında qeydiyyatdan keçməsi ilə bağlı problem yaradacaqdır. İmtahana yaxın müddətdə qeydiyyatın aparılması daha məqsədəuyğundur  Bu da öz növbəsində qeydiyyat prosesinin yaddan çıxmasının qarşısını ala bilər  Həmçinin, imtahan qrafiklərinin aydın şəkildə  göstərilməsi daha uyğundur. Bu qrafiklərin qarışıq olmamasına yol açacaq”.

 

İmtahan proseslərinin maydan sonra elan olunması daha məqsədəuyğun hesab olunur:

 

“Rus bölməsi üçün əlavə Azərbaycan dili imtahanı keçirilir. Ona görə də qrafiklərin əvvəldən təqdim olunması yaxşı olar. Bu, eyni zamanda qeydiyyat prosesinin daha şəffaf olmasına  gətirəcək"-deyə o, bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları