Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 14:00:00
Yenidən 32 il əvvəl məzun olduğu universitetin tələbəsi oldu  

1986-cı ildə Trakya Universitetindən məzun olan Hüseyn Okkalı təqaüdə çıxdıqdan sonra Ədəbiyyat fakültəsinin müasir Yunan dili və ədəbiyyatı ixtisasına qəbul olunub. O, artıq universitetdə qeydiyyatdan keçərək təhsilini davam etdirəcəyini deyib

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, o, ilk təhsilini aldıqdan və uzun illər müəllim işlədikdən sonra təqaüdə çıxıb.

Müəllim işlədiyi vaxtlarda də təhsil həyatını davam etdirən  Hüseyn Okkalı sonrakı illərdə iki universitet də bitirib.

O qeyd edib ki, təqaüdə çıxdıqdan sonra özündə dünya ölkələrinin tarix, ədəbiyyat və mədəniyyətinə xüsusi maraq hiss edib.  Bu maraq onu Yunan dili və ədəbiyyatı ixtisasını seçməyə sövq edib:

“Dil, tarix və mədəniyyəti çox sevirəm. Müasir yunan dili və ədəbiyyatını seçməyimə yunan şair Nikos Kazancakisin “Zorba” əsərinin böyük təsiri olub. Bu əsəri oxuduqdan sonra özümdə yunan dilinə qarşı dərin maraq hiss etməyə başladım. Oxuyub araşdırdıqca bu maraq daha da artdı. Təhsil adamı olaraq heç vaxt elm öyrənmə həvəsimin itməyəcəyindən əminəm”.

 

 

 

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları