Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-05 10:13:00
BP-nin əməkdaşları təcrübələrini azərbaycanlı gənclərlə bölüşüb

BP şirkətinin əməkdaşları neft-qaz sənayesi üzrə öz bilik və təcrübələrini azərbaycanlı gənclərlə bölüşməyə davam edirlər.

 

BP-dən AzEdu.az-a  bildirilib ki, bunun üçün şirkət əməkdaşları 5 yerli universiteti təmsil edən 40 nəfər tələbəyə neft-qaz mühəndisliyi, əməyin təhlükəsizliyi, az karbonlu enerji, çeviklik üzrə üçgünlük təlimlər keçib və tələbələrə bu sahələr üzrə nəzəri biliklərin təcrübədə tətbiqi barədə məlumat verib.

 

Təlimin sonunda iştirakçılara BP-nin daxili sertifikatları da təqdim edilib.