Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 17:36:00
Son sutkada 41 nəfər koronavirusa YOLUXUB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9975 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1802, ümumilikdə isə 7 367 419 test icra olunub.