Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 10:18:00
ADNSU-da BDU-nun “Kitabxanaçılıq-informasiya” fakültəsinın yubileyi qeyd olunub

Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Dövlət Universitetinin (BDU) “Kitabxanaçılıq-informasiya” fakültəsinin 60 illik yubileyinə həsr olunmuş  “Müasir gənclik və rəqəmsal kitabxana” mövzusunda tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, hər iki universitetin kitabxana əməkdaşları və professor-müəllim heyəti iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova BDU-nun professor-müəllim heyətini yubileyləri münasibətilə təbrik edib, kitabxanaçılıq peşəsindən danışıb.

 

Tədbirdə BDU “Kitabxanaçılıq-informasiya” fakültəsinin 60 illiyinə və Azİİ e-Kitab Evinin fəaliyyətinə həsr olunmuş video çarxlar nümayiş olunub. Qeyd edilib ki, BDU-nun peşəkar kadr hazırlığı sahəsində “Kitabxanaçılıq-informasiya” fakültəsi həmişə xüsusi yeri və mövqeyi ilə seçilib. Fakültə ölkədə kitabxanaşünas, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə kadr hazırlayan yeganə fakültədir. Qeyd olunub ki, fakültədə 4 kafedra – Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları, Kitabxanaların kompüterləşdirilməsi Elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib.

 

Tədbir Azİİ e-Kitab Evi ilə tanışlıq çərçivəsində davam edib, qonaqlar Azİİ e-Kitab Evinin proqram və sistem təminatı, eləcə də 24/7 fəaliyyəti ilə yaxından tanış olublar.