Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 17:13:00
UNEC komandası beynəlxalq müsabiqədə yarımfinala çıxıb-FOTO

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “47-ci ICPC - universitet tələbələrinin beynəlxalq proqramlaşdırma” müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bütün ali təhsil müəssisələrinin tələbələridən ibarət komandaların qatıldığı müsabiqədə UNEC Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət 5 komanda ilə təmsil olunub.

 

Dekan müavini Ramal Cabbarovun rəhbərlik etdiyi komandalar arasında “UNEC-1” komandası (Yağmur Novruzlu, Süleyman Axundzadə, Bəhram Abasov) yüksək nəticə göstərib. Yarımfinal mərhələsinə vəsiqə qazanan UNEC tələbələri Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər. “47-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi 6-11 dekabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçiriləcək.