Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 16:10:00
UNEC-də təlim: “Təhsildən işgüzar həyata”

UNEC Karyera Mərkəzi, İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə Biznesin İnkişafı Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Təhsildən işgüzar həyata” adlı təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə “Pasha Property” MMC-nin İnsan resursları üzrə direktoru Jalə Mürsəlova tələbələrə peşəkar iş dünyasına ilk addımlar, qarşıya çıxacaq maneələr və onların aradan qaldırılması, tələb olunan səriştələr barədə ətraflı məlumat verib.