Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 14:13:00
ADNSU-nun tələbəsinin iştirak etdiyi komanda dünya üçüncüsü olub  

Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Fərid Şixiyevin kapitanı olduğu “Platon tech” komandası qaliblər sırasında yer alıb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Komandanın tərkibi digər tələbələr – Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Rüfət Şixiyev və Qabil Hüseynlidən ibarət olub. “Platon tech” komandası “Future innovators: Senior” kateqoriyasında 3-cü yeri tutub.

 

Olimpiadada ölkəmiz üç komanda ilə - “Robomission Elementary”, “Robomission Junior” və “Future Innovators Senior” kateqoriyalarında təmsil olunub. Gənclərimizin 76 ölkə və 2000-dən çox iştirakçı arasında ilk dəfə olaraq dünya üçüncüsü olması böyük uğurdur.

 

Qeyd edək ki, ADNSU-nun İTF-in tələbəsi olan Fərid Şixiyevin kapitanı olduğu komanda 2022-ci il “TEXNOFEST Azərbaycan” yarışmasında da birinci yerə layiq görülmüşdü. “TEXNOFEST”də “Aqro Tech B kateqoriyasında” “Blizzard Ts” komandasının üzvləri Fərid Şixiyev, Murad Səmədov, Çingiz Qurbanlı və Aqşin Səlimzadə birlikdə təqdim etdikləri layihə ilə fərqlənməyi bacarıblar.