Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 18:00:00
Kütahya Dumlupınar Universitetinin müəllimi AzTU tələbələrinə mühazirə deyib  

Azərbaycan Teniki Universiteti (AzTU) ilə Kütahya Dumlupınar Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində Kütahya Dumlupınar Universitetinin Elektronika və avtomatika kafedrasının müəllimi Dəniz Kaptan AzTU-nun qonağı olub.

 

AzEdu.az xəbər verir ki, O, “Erasmus+” mübadilə proqramı çərçivəsində dörd gün ərzində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbə-müəllim heyəti ilə görüşlər keçirib, həmçinin tələbələrə mühazirə deyib.

 

Mühazirələr əsasən Kütahya Dumlupınar Universitetinin mühəndis hazırlığının prioritet istiqamətləri, elektrik və elektronikanın əsasları, elektrikli maşınlar, onların modelləşdirilməsi, idarə üsulları  və digər maraq doğuran məsələləri əhatə edib.

 

Dəniz Kaptan keçirdiyi görüşlər zamanı tələbələri maraqlandıran suallarını cavablandırıb.