Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 13:10:00
ADNSU əməkdaşlarının Türkiyə Standartlaşdırma Universitetində növbəti görüşü olub  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türkiyə Standartlaşdırma Universiteti (TSE) arasında imzalanmış əməkdaşlıq memorandumunun yol xəritəsinə əsasən mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir.

 

Növbəti görüş TSE-nin Ankaradakı baş ofisində reallaşdırılıb.

Bu barədə  AzEdu.az-a ADNSU-dan məlumat verilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Cihaz mühəndisliyi kafedrasının müdiri texnika elmləri doktoru Lalə Bəkirova və kafedranın müəllimi Səbinə Əliyevanın iştirakı ilə TSE-nin Ankara ofisindəki müxtəlif təyinatlı laboratoriyalar və orada aparılan tədqiqatlar əsasında məhsulun standartlara əsasən qiyməyləndirilməsi mərhələləri təqdim edilib. Türk, beynəlxalq ISO və Avropa standartları barəsində geniş məlumatlar verilib.

Tərəflərin görüşü zamanı 21 müxtəlif təyinatlı laboratoriyanın işi ilə tanışlıq olub. Laboratoriyada istifadə edilən cihaz və avadanlıqların iş prinsipləri əyani şəkildə nümayiş etdirilib. Nümayəndələr, həmçinin standartların layihələndirilməsi mərkəzi ilə tanışlıq imkanı əldə ediblər. Görüşün sonunda birgə layihələr, kafedranın tələbə və müəllimləri üçün oflayn və onlayn təlimlər, planlaşdırılan işlər müzakirə olunub.