Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-19 14:29:00
ADNSU ilə "METAK" MMC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə “METAK MMC” arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, professor müəllim heyəti, həmçinin “METAK MMC” –nin təsisçisi Alik Kərimov və nümayəndələr iştirak ediblər.

 

Əli Hikmət Əhmədov çıxışında ADNSU-da həyata keçilirən genişmiqyaslı islahatlar haqqında ətraflı məlumat verərək universitetdə elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa təhsil standartlarına uyğunlaşan kurrikulumların məzmunu, ixtisasların akkreditasiyası, ingilis dilində ixtisasların tədrisi, ikili diplom proqramları, mübadilə proqramları, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.

 

“METAK MMC” şirkətinin təsisçisi Alik Kərimov şirkətin fəaliyyət istiqamətlərində yeniliklər, yeni layihələr haqqında ətraflı məlumat verərək universitetlə əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

 

Görüşdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiyaların transferi, şirkətin mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxunması, tələbələr üçün təcrübə imkanlarının təmin edilməklə güdəlik yay təcrübə proqramlarında iştirakı və s. mövzular müzakirə olunub və işçi qrupun yaradılması və görüşlərin davam etdiriməsi ilə bağlı razılıq əldə olunub.

 

Qeyd edək ki, görüş 2018-ci ilin 19 dekabr tarixində ADNSU və “METAK MMC” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən birgə fəaliyyətin nəticələrinin təhlili və yeni fəaliyyət istiqamətlərini özündə əks etdirən yol xəritəsinin tərtib edilməsinin müzakirəsinə həsr edilib.