Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 18:14:00
İdrak və Atatürk liseylərinin şagirdləri UNEC-də olub-FOTO

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə İdrak və Atatürk liseylərinin yuxarı sinif şagirdləri üçün Açıq qapı günü keçirilib.

 

Açıq qapı günündə məktəblilər UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə abidə kompleksini ziyarət ediblər, 24/7 kitabxana, Ekstern mərkəzi, Bloomberg laboratoriyası ilə tanış olublar.

 

AzEdu.az xəbər verir ki, infoturdan sonra şagirdlərə UNEC-dəki ixtisaslar, beynəlxalq proqramlar, UDİD, minor, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə məlumat verilib.

 

Sonda şagirdlərə UNEC-in promo məhsulları hədiyyə olunub.