Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 15:22:00
Əməkdar mühəndis AzTU-nun tələbələrinə ustad dərsi keçib  

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Optik şəbəkələr üzərindən çoxkanallı rabitənin təşkili” mövzusunda keçirilən dərs Əməkdar mühəndis, rabitə ustası Məzahir Vəliyev tərəfindən aparılıb. O, transmissiya avadanlığı, pon şəbəkəsinin təşkili (passiv optik şəbəkə) haqqında tələbələrə məlumat verib.

 

Sonda tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.