Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 09:39:00
UNEC-də Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib

UNEC-də 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in Maliyyə və mühasibat fakültəsində keçirilən seminarda fakültə dekanı dosent  Hafis Hacıyev, Maliyyə və audit kafedrasının professoru Elnur Sadıqov Milli Dirçəliş gününün tarixi  əhəmiyyətindən, xalqımızın azadlıq ruhunun oyanması və Azərbaycanın müstəqilliyinin bərpa olunmasındakı rolundan bəhs ediblər. 

 

Rus İqtisad Məktəbində Milli Dirçəliş gününə həsr edilmiş açıq mühazirədə dosent Anar Eyyubov  Azərbaycan xalqının müstəqillik arzularının reallaşdırılması üçün tarixi bir fürsət yaratdığını və müstəqilliyinin bərpasında mühüm rol oynadığını bildirib. 

 

 Türk Dünyası İqtisad Fakültəsində 17 Noyabr Milli Dirçəliş Gününə həsr edilmiş seminarda dekan müavini Cəvahirxanım Məmmədova və İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxış edərək bildiriblər ki, bu tarix Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm rol oynayıb.

 

İqtisadiyyat və idarəetmə fakültəsində 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbirdə fakültənin dekanı dosent Elçin Eyvazov, fakültənin dekan müavini Zeynəb Qiyasova, Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev, dosent Pərviz Səmədov müstəqillik tariximizə gedən yolda xalqımızın mübarizə əzmi nümayiş etdirdiyi tarixi hadisələr barədə məlumat veriblər. 

 

Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələri və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə Milli Dirçəliş Gününə həsr edilmiş tədbirdə fakültə dekanı dosent Elman Cəfərov, UNEC-in hüquq şöbəsinin hüquq məsləhətçisi Mayis Sadıqov 17 noyabr Milli Dirçəliş günü ilə bağlı tələbələrə ətraflı məlumat veriblər. 

 

Biznes və menecment fakültəsində keçirilən tədbirdə “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov çıxış edərək, Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulayaraq, ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsindən bəhs edib.

 

Silsilə tədbirlərBeynəlxalq İqtisadiyyat Məktəbi, SABAH mərkəzi, Ümumi fənlərin tədrisinin təşkili departamentində də təşkil olunub.