Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 10:41:00
AzTU-nun basketbol komandası Tələbə Basketbol Liqasına vəsiqə qazanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) basketbol komandası Tələbə Basketbol Liqasına (TBL) vəsiqə qazanıb.

 

AzEdu.az xəbər verir ki, 27 oktyabr - 13 noyabr tarixləri arasında keçirilən TBL-in 2022/2023-cü il üzrə seçmə mərhələ oyunlarında AzTU-nun basketbol komandası bütün qarşılaşmalarda rəqiblərinə qalib gəlib.

 

AzTU komandasının iştirak etdiyi seçmə mərhələ oyunlarının nəticələrini təqdim edirik:

 

AzTU-BANM 106:52

AzTU-ADU 100:24

AzTU- Qərbi Kaspi Universiteti 107:28

AzTU-ADNSU 91:49