Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 10:28:00
Dünya Bankının maliyyə və özəl kapital üzrə məsləhətçisi UNEC-də mühazirə deyib

Dünya Bankının maliyyə və özəl kapital üzrə məsləhətçisi Patrick McGinnis UNEC tələbələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki,UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimovanın moderatorluğu ilə keçirilən görüşdə, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Turan Süleymanov və ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil üzrə müşaviri Salman Haci çıxış ediblər.

 

Sonra “Fear of Missing Out: Practical Decision-Making in a World of Overwhelming Choice” and “The 10% Entrepreneur” bestsellerlərinin müəllifi olan Patrick McGinnis tələbələrə sahibkarlıq, startap fəaliyyətləri və komanda işinin təşkili mövzusunda mühazirə deyib.

 

Tələbələrin böyük maraqla dinlədikləri mühazirədən sonra sual-cavab sessiyası olub.