Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-16 15:25:00
UNEC “Erasmus Village” beynəlxalq sərgisində təmsil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “Erasmus Village” layihəsinin təqdimatı olub.

 

AzEdu.az xəbər verir ki, “Erasmus Village” layihəsi çərçivəsində “Beynəlxalq təhsil və təcrübə” adlı sərgi də təşkil olunub.

 

UNEC-in də təmsil olunduğu sərgini ziyarət edənlər xaricdə təhsil almaq və təcrübə keçməklə bağlı müxtəlif interaktiv sessiyalarda iştirak etmək imkanı əldə ediblər. UNEC-in stendini ziyarət edənlərə Beynəlxalq əməkdaşlıq departamenti tərəfindən universitetdə tətbiq olunan ikili diplom, mübadilə və xaricdə təhsil proqramları haqqında ətraflı məlumat verilib.