Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-16 11:52:00
ADNSU-da “İş yeri axtarma, iş yeri yarat” mövzusunda seminar keçirilib-FOTO

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda ASK nəzdində Turizm və xidmət üzrə iş komissiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının sədri, «Millenium turizm Konqres DMC» şirkətinin rəhbəri Ruslan Quliyev, “Qranit QP” MMC-nin direktoru Rübabə Mürşüdova və ASK-nin baş katibi Kristina Məmmədova sahibkarlıq fəaliyyətinin mahiyyəti, formaları və məqsədi haqqında çıxış edib fəaliyyət göstərdikləri sahələr haqqında məlumat veriblər.

 

Diskusiya ilə davam edən seminarda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb. Seminarda həmiçinin, tələbələrə karyera qurmaq yolları, iş yeri yaratmaq və uğur əldə etməyin sirləri haqqında ətraflı məlumat verilib.  

 

Qeyd edək ki, dünyada hər il noyabr ayının üçüncü həftəsi “Qlobal sahibkarlıq həftəsi” kimi qeyd olunur. 2008-ci ildə başlamış dünyanın 160 ölkəsini əhatə edən “Qlobal sahibkarlıq həftəsi” yeni ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan vacib hadisədir.