Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 13:22:00
UNEC-də elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub

UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə rektor Ədalət Muradov UNEC-in strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək UNEC-in Web of Science və Scopus bazasında indekslənən 3 elmi jurnalının olması əsas hədəflənib. Rektor bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Sonra UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, qarşıya qoyulan hədəflər, problemlər və görülən işlər barədə məlumat verib.

 

Təqdimatdan sonra təkliflər səsləndirilib.