Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 09:11:00
Universitetlərimiz istedadlı tələbələrin qədrini bilmirlər- Əldən qaçan fürsətlər

 

10 noyabr 2022-ci il tarixində AzEdu Təhsil Portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirdə Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, bu istiqamətdə atılan addım və təşəbbüslərdən, mövcud problemlərdən danışılıb.

 

Bəs niyə görə Azərbaycan universitetləri dünya reytinq sıralamasına daxil ola bilmir?

 

 

"Beynəlxalq səviyyəli universitetlərlə bir sırada olmaq, onlarla rəqabət aparmaq istəyiriksə mütləq şəkildə müəllimlərmizin özlərini inkişaf etdirməsinə imkan yaratmalıyıq. Çünki, müəllim inkişaf etdikdə tələbə və tələbə inkişaf etdikdə isə universitet inkişaf etmiş olur".

 

 

Bunu AzEdu.az-a açıqlaması zamanı ixtisas seçimi və karyera məsələləri üzrə ekspert  Adil Vəliyev bildirib. Onun sözlərinə görə, universitetlərimiz publik hüquqi şəxsin mahiyyətini anlayıb, ondan istifadə etmirlər:

 

"Azərbaycanda artıq bir neçə publik hüquqi şəxs olmuş universitet var.  Lakin bu ali təhsil müəssisələri publik hüquqi şəxsin mahiyyətini anlayıb, ondan istifadə etmirlər.

 

Publik hüquqi şəxs olduqda dövlət  öz imkanlarınızdan istifadə etmək, müəyyən satışlar həyata keçirmək və konsultasiya  xidmətləri üçün  imkan yaradır.  Universitetlərimiz  bu imkanlardan istifadə etməyi bacarmırlar.

 

Bizim universitetlər istedadlı tələbələrin qədrini bilmir. İnkişaf etmiş Avropa ölkələrindəki universitetlər daha cəlbedici təkliflər etdikləri üçün  tələbələrimiz həmin ölkələrə gedib, onların reytinqini yüksəldirlər".

 

 

Adil Vəliyev reytinq cədvəlini hansı meyarlar əsasında  formalaşdığı izah edib:

 

"Dünya reytinq cədvəllərinin sıralamasına baxanda Azərbaycan universitetlərini nəinki ilk 50-lik,100-lük də heç ilk 500-lükdə görmürük.

 

Reytinq cədvəlləri müəyyən kateqoriyaya uyğun hazırlanır.Bu zaman universitetin professorunun sayı, elmi məqalələrinin sayı, dünya səviyyəsində tanınan mükafatlarla təltif olunan müəllim yaxud tələbələrin sayına görə müəyyənləşir".

 

 

Ekspertin fikrincə Azərbaycanda universitetlərin inkişaf etməsi üçün gənc müəllimlərə şərait yaradılmır:

 

"Azərbaycanda universitetlərin inkişaf etməsi üçün gənc müəllimlərə şərait yaradılmır. Müəllimlər səhər doqquzdan, axşam altıya qədər məcburi olaraq işdə olurlar. Müəllimlərin elmi araşdırma və məqalə yazmağa vaxtları qalmır

 

Həmçinin,  maaşları az olduğu üçün bir neçə universitetdə işləməli olurlar.Ancaq bu halda öz tələbatlarını ödüyə bilirlər.Vəziyyət belə davam etdiyi halda biz onlardan heç bir yenilik gözləyə bilmərik"- deyə o bildirib.

 

Ləman Novruz