Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 09:58:00
UNEC ödənişsiz proqramlaşdırma kurslarına start verib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “IT BRAİNS” MMC-nin nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, akademiyanın təsisçisi Orxan Məmmədov təlim proqramları (kibertəhlükəsizlik, proqramlaşdırma, dizayn sahələri) barədə məlumat verib. Bildirib ki, UNEC-də “IT BRAINS” Akademiyasının peşəkar təlimçiləri tərəfindən ödənişsiz proqramlaşdırma kursları təşkil olunacaq.

 

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov informasiya texnologiyaları sahələri üzrə praktiki təlimlərin təhsilalanların nəzəri bilikləri ilə yanaşı, bacarıqlarının inkişaf etdirilməsindəki vacibliyini vurğulayıb.

 

Karyera Mərkəzinin direktoru Aytac Rzayeva informasiya texnologiyaları biliklərinin gənclərin gələcək karyera quruculuğundakı rolundan danışıb.

 

Sonra tələbələrə “İnformasiya texnologiyaları sahəsinə haradan başlayım?” mövzusunda seminar keçirilib. Sonda sual-cavab sessiyası təşkil olunub.