Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 10:52:00
Qrup nümayəndələri ilə tədris prosesinin gedişatı müzakirə olunub  

Bakı Mühəndislik Universitetinin (BMU)  İqtisadiyyat və idarəetmə fakültəsində qrup nümayəndələri ilə ənənəvi görüş keçirilib. Tədbir tədris prosesinin gedişatı və əldə edilən nəticələrin tələbələrlə müzakirəsi məqsədi daşıyıb.

 

AzEdu.az xəbər verir ki, görüşdə fakültənin dekanı, dosent Mayis Əzizov fənlər üzrə bütün qrupları əhatə edən SDF (semestr daxili fəaliyyət) nəticələri üzrə təqdimatla çıxış edib. Ümumilikdə nəticələrin ürəkaçan olduğunu diqqətə çatdıran dekan müəyyən qruplarda müxtəlif fənlər üzrə göstəricilərin daha da yüksəldilməsinə ehtiyac olduğunu vurğulayıb.

 

M.Əziziov tələbələrin təhsilə daha məsuliyyətli yanaşması, fasiləsiz davamiyyətin vacibliyi, tədris planına ciddi riayət edilməsi ilə yanaşı, fənlərin mənimsənilməsi ilə bağlı fərdi səylərinin gücləndiirlməsi və s. məslələrə toxunub.

 

Sonra çıxış edənlər - fakültənin tədris işləri üzrə dekan müavinləri Xanlar Heydərov və Elsevər İbadov da yüksək təhsil göstəriclərinin əldə olunması, daha peşəkar mütəxəssis kimi formalaşmaq üçün tələb olunan amillər və s. istiqamətlər üzrə fikirlərini paylaşıblar.

 

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin müxtəlif təkliflər səsləndirilib. Eyni zamanda, SDF nəticələrində qismən zəiflik müşahidə olunan qrupların nümayəndələri ilə fərdi söhbət aparılıb, müvafiq tövsiyə və tapşırqlar verilib.