Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 17:12:00
UNEC-də Zəfər Gününə həsr olunan esse və şeir müsabiqəsi keçirilib

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan esse və şeir müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bütün fakültələrin tələbələrinin iştirak etdiyi “Qarabağ - Azərbaycandır!” mövzusundakı müsabiqəyə təqdim olunan esse və şeirlər dosentlər Gülbəniz İsmayılzadə, Mətanət Əmrahova, Çinarə Qəhrəmanovanın təmsil olunduğu komissiya tərəfindən dəyərləndirdikdən sonra qaliblər müəyyən olunub.

 

Şeir müsabiqəsində Maiyyə və mühasibat fakültəsinin 626-cı qrup tələbələri İlkin Tağıyev və Fidan Şəfiyeva, Biznes və menecment fakültəsinin 900-cü qrup tələbəsi Elada Abdullayeva, esse müsabiqəsində isə Biznes və menecment fakültəsinin 908-ci qrup tələbələri Akif Qafarlı və Vüsal Kazımov, Maliyyə və mühasibat fakültəsinin 626-cı qrup tələbəsi Rəvan Məmmədov qalib olublar.

 

ÜFTTD-nin direktoru dosent Günarə Rzayeva və Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov qalibləri təbrik edərək, onlara sertifikatları təqdim ediblər.