Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 10:27:00
BMU-nun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib  

Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat kafedrasının müdiri, r.e.d. Rakib Əfəndiyev riyaziyyat elmləri üzrə beynəlxalq konfransda online formada iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbir Pakistanın Karaçi Universitetinin Riyaziyyat departamenti və Karaçi Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

 

R.e.d. Rakib Əfəndiyev konfransda “Bir sinif ümumiləşmiş funksiyalı öz-özünə qoşma olmayan  operatorlar dəstəsinin  spektral analizi”  adlı məruzə ilə çıxış edib. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Konfransda mövzu ilə bağlı digər elmi məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparlılıb.

 

Qeyd edək ki, BMU ilə Pakistanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində BMU və Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədə uyğun olaraq ötən il adıçəkilən universitetlərin Riyaziyyat kafedraları “Riyaziyyatda sərhədlər” adlı ilk beynəlxalq onlayn elmi seminar təşkil edib.