Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 09:36:00
ADNSU Türkiyənin məşhur universiteti ilə əməkdaşlıq edəcək-FOTO

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Beynəlxalq elmi konfransın tərəfdaşlarından olan Türkiyənin Orta Doğu Texniki Universitetinin  (ODTU) rektoru, professor Mustafa Versan Kok ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı ODTU ilə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsinin və müəyyən istiqamətlərdə birgə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün önəmini vurğulayıb. Xüsusilə də ikili proqramların, tələbə və müəllim mübadiləsinin, həmçinin müştərək startap layihələrinin həyata keçirilməsi, layihə menecmenti üzrə təhsil aparılması istiqamətində birgə layihələrin icra olunması diqqətə çatdırılıb.

 

ADNSU-da olmaqdan məmnun olduğunu deyən ODTU-nun rektoru, professor M. V. Kok elmi tərəfdaşlıqla yanaşı, tədrisdə bir çox istiqamətlərdə birgə layihələrin reallaşdırılmasının nəzərdə tutulduğunu bildirib. O, ADNSU ilə əməkdaşlıq perspektivlərinin yeni mərhələsinin başlanıldığını və bugünkü görüşün sonrakı əlaqələrin daha da inkişafına mühüm təkan verəcəyinə ümidvar olduğunu deyib.

 

Sonra tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.