Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 17:54:00
Tarix və biologiya üzrə qəbula düşən tapşırıqlar təhlil edilib

 

Dövlət İmtahan Mərkəzində 3 noyabr 2022-ci il tarixində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, hər iki fənn üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.