Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 13:12:00
“Sertifikasiya müddətinin 5 ildən az olması qeyri-qanunidir”- SƏBƏBLƏR

 

“Sertifikasıya müddətinin aşağı salınmasının səbəbi öz işinin öhdəsindən gələ bilməyən kadrlarla mübarizə aparmaqdır”.

 

Elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində çıxışı zamanı müəllimlərin sertifikasiya prosesinə də toxunub.

 

Nazir, MİQ-dən keçən müllimlərin 5 il müddətində sertifikasiyaya cəlb edilməməsi məsələrindən söz açaraq, bu müddətin azaldılacağını bildirib.  

 

Bəs bu qərar nə dərəcədə doğrudur? Müddətin azaldılması, davamlı imtahanlar müəllimlərin fəaliyyətinə necə təsir göstərəcək?

 

Ümumi təhsil məsələləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında verilən müddətin azaldılmasının səbəblərindən söz açıb:

 

"Sertifikasiya prosesinin dəqiq müddəti olmalıdır. Beynəlxalq normalara əsasən, sertifikasiya prosesinə beş illik müddət qoyulur. Bu müddət tamamlandıqdan sonra müəllim yenidən yoxlanır və sertifikasiyadan keçirilir. Sertifikasiya müddətinin azaldılması onun üçün nəzərdə tutulub ki, etibarsız kadrlar işdən çıxarılsın. Əslində isə bu qeyri-qanunidir. Beş ildən az sertifikasiya müddəti dünyanın heç bir ölkəsində yoxdur. Amma müəllim öz işinin öhdəsindən gələ bilmir və təhsil verməyə intelektual qabiliyyəti çatmırsa, o zaman bu zaman qaydalara uyğun şəkildə hərəkət edilməlidir. Sertifikasıya müddətinin aşağı salınmasının səbəbi öz işinin öhdəsindən gələ bilməyən kadrlarla mübarizə aparmaqdır”.

 

“Sertifikasiya prosesi qəbul imtahanı deyil. Əgər müəllim təhsil standartlarını bilir və onu şagirdə çatdırmağı bacarırsa, o zaman prosesdə çətinliyə doğru hər hansı bir dəyişiklik edilməsinə ehtiyac yoxdur. Əlbəttə, zamana uyğun olaraq bir sıra dəyişikliklər həyata keçiriləcək, bu isə təbii haldır”- deyə, mütəxəssis bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları