Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 11:00:00
BDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib  

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və Universitetin Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdə gənclərimizin rolundan bəhs edilib, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunduğu ifadə olunub.

 

Qəhrəman döyüşçülərimizin tanıdılması məqsədilə keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi ehtiramla anılıb.

 

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi iştirakçıları Tural Abdullayev, Coşqun Şəfiyev, Vətən Süleymanov və Xəyyam Fərzəliyev keçdikləri döyüş yolu barədə xatirələrini, Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.

44 günün qəhrəmanları tələbələrin suallarını ətraflı cavablandırıblar.