Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 09:00:00
Kibertəhlükəsizlik kafedrasında elmi seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda kafedranın əməkdaşı Eldagiz Zamanlı “Simurq alqoritmi” haqqında məruzə ilə çıxış edib.

 

O, alqoritmin çoxtərəfli kriptoqrafik hesablamalar əsasında onlayn lotereya tipli müsabiqələrin keçirilməsi üçün nəzərdə tutulduğunu, ölkəmizdə praktiki tətbiq sahələrinə istinad etməklə məsələnin aktuallığını qeyd edib və alqoritmin addımlarını diqqətə çatdırıb.

 

Seminarın sonunda Eldagiz Zamanlı sualları cavablandırıb. Məruzəçiyə bu istiqamətdə tədqiqatın genişləndirilməsi, alqoritmi reallaşdırmaq üçün müvafiq proqram təminatı platformasının təkmilləşdirilməsi tövsiyə edilib.