Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən VII Könüllülük Proqramı çərçivəsində 29 nəfər könüllü fəaliyyətə başlayıb.
Qeyd edək ki, VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 70 nəfər müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 29 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.
Könüllü gənclər BŞTİ-də 3 ay təcrübə keçəcəklər. Onlara proqramın sonunda BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək İdarə tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri BŞTİ-də işə cəlb olunub.
kitabı