Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 11:52:00
“SCOPUS” platformasında UNEC-ə məxsus 662 elmi əsər indekslənib

Elsevier şirkəti tərəfindən yaradılmış Scopus nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 297 müəllif profili mövcuddur. Ümumilikdə bu günədək Scopus profilində UNEC-in 662 elmi əsəri (bir neçə müəllifi olan məqalələr) yer alıb. Müəllifə görə təhlil aparılarsa, hazırda 1262 elmi əsər (tək müəllifli olan məqalə) UNEC nümayəndələri tərəfindən yazılmışdır.

 

AzEdu.az xəbər verir ki, hazırda UNEC-də 17 kafedra fəaliyyət göstərməkdədir. 15 kafedranın professor-müəllim heyətinin həmin bazada 209 müəllif profili mövcuddur. Bazadakı 1262 elmi əsərin 74%-i (928 elmi əsər) UNEC-də hazırda fəaliyyət göstərən elmi-pedaqoji heyətin payına düşür.

 

UNEC-in Elmmetrika şöbəsi tərəfindən kafedraların qeyd olunan göstərici üzrə reytinqi hazırlanıb. Reytinq üzrə Mühəndislik və tətbiqi elmlər kafedrası 45%-lə elmi əsərlərin sayına görə liderdir.

 

Ümumilikdə kafedralar üzrə göstəricilər aşağıdakı şəkildədir:

 

1.Mühəndislik və tətbiqi elmlər-52 müəllif profili, 415 elmi əsər

2.Riyaziyyat və statistika-15 müəllif profili, 73 elmi əsər

3.İqtisadiyyat və işlətmə-18 müəllif profili, 71 elmi əsər

4.Rəqəmsal texnologiyalar və tətbiqi informatika-15 müəllif profili, 66 elmi əsər

5. İqtisadiyyat-12 müəllif profili, 58 elmi əsər

6.Beynəlxalq iqtisadiyyat və biznes-10 müəllif profili, 56 elmi əsər

7.Tətbiqi iqtisadiyyat-26 müəllif profili, 54 elmi əsər

8.İqtisadiyyat və texnoloji elmlər-16 müəllif profili, 44 elmi əsər

9.Biznesin idarə edilməsi-6 müəllif profili, 23 elmi əsər

10.Maliyyə və audit-13 müəllif profili, 22 elmi əsər

11.Biznes və logistika-10 müəllif profili, 19 elmi əsər

12.İctimai idarəetmə və sosial innovasiyalar-5 müəllif profili, 13 elmi əsər

13.Humanitar fənlər-4 müəllif profili, 7 elmi əsər

14.Dizayn-3 müəllif profili, 4 elmi əsər

15.Xarici dillər-2 müəllif profili, 3 elmi əsər

 

İndekslənən elmi əsərlərin (bir elmi əsər bir neçə elmi istiqamətə aid oluna bilər) elmi istiqamətləri aşağıdakı kimidir:

 

Biznes, menecment və mühasibat – 132 əsər

İqtisadiyyat, ekonometrika və maliyyə - 123

Mühəndislik - 99

Kompyuter elmləri - 90

Sosial elmlər - 89

Enerji - 80

Ətraf mühit - 73

Riyaziyyat - 66

Kənd təsərrüfatı və biologiya elmləri - 57

Material elmləri – 41

Fizika və astronomiya- 31

Kimya - 30

Yer və planet elmləri- 28

İncəsənət və humanitar elmlər- 15

Kimya mühəndisliyi – 13

Biokimya, genetika və molekulyar biologiya- 9

Multidisiplinar elmlər – 6

Tibb - 5

Əczaçılıq- 3

Siyahıda (bura qoşmanı elave edərdiniz) Orcid qeydləri olmayan nümayəndələrə Scopus profillərini ORCID qeydləri ilə əlaqələndirilməsi tövsiyə olunur.