Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 16:55:00
Fərhad Bədəlbəyli UNEC kollektivi üçün Fikrət Əmirovun əsərlərini ifa etdi

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, görkəmli pianoçu, xalq artisti professor Fərhad Bədəlbəyli UNEC kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan konsertdə xalq artisti professor Zəhra Quliyeva bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığından söhbət açıb. Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə sintez edərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsəri meydana gətirdiyini diqqətə çatdırıb.

 

Konsertdə xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və əməkdar artist Səbinə Əsədovanın solistliyi ilə Fikrət Əmirovun “Azərbaycan” simfonik süitası, “Gülüstan Bayatı-Şiraz” muğamı ifa olunub.

 

Xalq artisti Fərhad Bədəlbəylinin solistliyi ilə Fikrət Əmirov- Elmira Nəzirovanın Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında ifa etdiyi möhtəşəm konsert proqramı  UNEC kollektivi tərəfindən böyük alqışlarla qarşılanıb.

 

Möhtəşəm təşkil olunan konsert proqramı UNEC kollektivinə xoş anlar yaşadıb.