Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-30 15:41:00
Dövlət qulluğu test imtahanına qeydiyyat aparılır  

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə noyabrın 2-si saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə noyabrın 10-u saat 23:59-dək aparılır. İndiyədək imtahanda iştirak etmək üçün AB, AC, BA qrupları üzrə 73, BB qrupu üzrə 97 nəfər qeydiyyatdan keçib.

 

Qeyd edək ki, imtahan noyabrın 13-də AB, AC, BA qrupları üzrə saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.