Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-30 10:00:00
Somalidə Təhsil Nazirliyinə hücum zamanı ölənlərin sayı 100-ə çatıb

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.


AzEdu.az xəbər verir ki, bu barədə Reuters agentliyi ölkə Prezidentinə istinadən xəbər verib.


Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.
Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.
Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.

 

Azərtac